Ukrayna Premyer Liqasının (UPL) icraçı-direktoru Yevgen Dikiy Ukraynada futbol mövsümünün davam etdirilməsinin zəruriliyindən və futbolun sosial fenomen kimi əhəmiyyətindən danışıb.
Fanat.Az xəbər verir ki, "Sport.ua" qurum rəsmisinin dediklərini belə çatdırıb: “Hamı müharibənin bitməsini və qələbəmizi gözləyir ki, sonradan futbola qayıdaq və beləliklə, sosial fenomen kimi millətimizə, ukraynalılara, əsgərlərimizə dəstək olaq.
Ölkəmizi ön sırada müdafiə edən və “biz ölkəmizi qoruyacağıq, siz də futbolla məşğul olun ki, Ukrayna yığması mütləq oynasın” deyən oğlullarla fəxr edirik. Onlarla mütamədi olaraq əlaqə saxlayırıq. Bizə futbol lazımdır və bizim uşaqlar futbolun Ukraynaya qayıtmasını səbirsizliklə gözləyirlər”.
Emin