Donetsk "Şaxtyor"unun braziliyalı müdafiəçisi Vinisius Tobias "Real Madrid"ə keçib.
Fanat.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Tobias 2022/2023 mövsümünün sonuna kimi Madrid klubunda icarə əsasında çıxış edəcək. Müqavilənin şərtlərinə görə, "Real" futbolçunu almaq hüququna malikdir. Müdafiəçinin kral klubu ilə müqaviləsində nəzərdə tutulan mümkün satınalma məbləğinin 18 milyon avro olduğunu bildirilir.
18 yaşlı müdafiəçi 2022-ci ilin yanvarında 6 milyon avroya "İnternasional"dan "Şaxtyor"a keçib. Futbolçunun klubla müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədər nəzərdə tutulub.
Xatırladaq ki, daha əvvəl FİFA legionerlərin Ukrayna klubları ilə müqavilələrinin ölkədəki vəziyyətlə əlaqədar olaraq dayandırıldığını bildirmişdi.
Emin