Bu gün Türkiyənin I Liqasında 30-cu turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində azərbaycanlı futbolçular - Namik Ələskərovla Vüsal İsgəndərlinin komandaları da üz-üzə gəlib.
Millinin üzvü olan Ələskərovun çıxış etdiyi "Bursaspor" səfərdə Vüsal İsgəndərlinin komandası "Keçiörengücü"nün qonağı olub. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Namik start heyətində meydana çıxıb və 90 dəqiqə meydanda olub. Vüsalın adı isə matçın protokoluna daxil edilməyib.
Bu qələbədən sonra "Keçiörengücü" xallarını 38-ə çatdıraraq 10-cu pilləyə yüksəlib. "Bursaspor" isə 28 xalla sonuncudan əvvəlki - 18-ci yerdə qərarlaşıb.
Mirağa