Ukrayna millisinin sabiq futbolçusu Anatoli Timoşçuk ölkəsinin futbol assosiasiyasından təklif alsa da, Rusiyadan gələn maliyyə baxımından daha cəlbedici təklifi seçib.
Fanat.Az xəbər verir ki, bu barədə ukraynalı idman jurnalisti İqor Tsıqanık öz "Twitter" səhifəsində məlumat yayıb.
“Elə bir xalq yoxdur ki, orada xain olmasın. Bu adam satqındır. Karyerasını başa vurandan sonra UAF-da işləmək imkanı olub. Dəvət almışdı və praktiki olaraq razılaşırdı. Amma “Zenit”dən daha çox pul təklifi gələndən sonra ora getməyə üstünlük verdi. Onun orda biznesi var, ukraynalı həyat yoldaşından boşanıb. Valideynləri ilə əlaqə saxlayırmı, bilmirəm. Atası Lutskdadır. Valideynlərinin onun tərəfindən atılacağına inanmıram. Amma bu baş versə, təəccüblənmərəm. Məlum oldu ki, Ukrayna millisinin keçmiş kapitanı qorxaq və açıq-aşkar satqındır", - deyə Tsıqanık çıxış edib.
Emin