Azərbaycanın U-15 liqasında qalmaqal baş verib.
Fanat.Az-ın əldə etdiyi məlumatına görə, AFFA-nın keçirdiyi yarışda bu gün keçirilən "Keşlə" - EFA matçında kütləvi dava düşüb.
İnsident oyunun fasiləsində yaşanıb. EFA-nın rəsmilərinin fasilə ərəfəsində yaşanan epizoda etiraz etməsindən sonra gərginlik yaşanıb. Hakimlə EFA-nın baş məşqçisi əlbəyaxa olub. Bunun ardından valideynlər meydana axışıblar. Nəticədə hakim oyunu yarımçıq dayandırmağa qərar verib. Beləliklə, oyunun ikinci hissəsi keçirilməyib.
Mirağa