"Roma"nın baş məşqçisi Joze Mourinyu İtaliya karyerası ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, TMW portuqaliyalı mütəxəssisin sözlərini belə çatdırır:
"Mənim fikrim İtaliya və digər ölkələrdəki təcrübəmə əsaslanır. İtaliyada özümü yaxşı hiss edirəm, ictimai rəyə fikir vermirəm və getmək niyyətim yoxdur. İtaliyanın dünya çempionatında iştirak etmədiyi üçün isə çox təəssüflənirəm".
Qeyd edək ki, 59 yaşlı çalışdırıcı ötən il "Roma"ya keçib.
Röya