İtaliyanın "Yuventus" klubunun yeni formalarının şəkilləri internetdə yayılıb.
Fanat.Az xəbər verir ki, gələn mövsüm üçün yeni ev formaların olduğu iddia edilən fotolar ilk dəfə "Footy Headlines" tərəfindən dərc edilib.
Şəkillər yeni formanın tarixdə heç vaxt olmadığı kimi yeni dizayn və detallara sahib olacağını göstərir.
"Yuventus"un texniki tərəfdaşı "Adidas" yenə qara və ağ zolaqlara sadiq qalıb. Lakin qara zolaqlar çoxlu kiçik üçbucaqlardan ibarət olacaq. Bundan əlavə, əsas sponsor kimi "Jeep" loqosu addakı hərflərə ildırım işarələri əlavə ediməklə sadə üsluba qayıdıb.
Forma rəsmi olaraq, gələn ayın sonunda, ehtimal ki, mövsüm bitdikdən sonra buraxılmalıdır. Azarkeşlərin yeni dizaynla bağlı ilk şərhləri müsbətdir.
Mirağa