Almaniya Bundesliqanın 28-ci turunda "Frayburq"a 4:1 hesabı ilə qalib gələn "Bayern Münhen" meydanda 12 nəfərlə mübarizə aparıb.
Fanat.Az xəbər verir ki, növbəti çempionluğa çox yaxın olan lider 85-ci dəqiqədə əvəzetmə zamanı qaydanı pozaraq qısa bir müddət say üstünlüyünə malik olub.
Baş məşqçi Yulian Naqelsmannın əvəzləmələri zamanı çaşqınlıq yaranıb. Belədə, münhenlilərin futbolçusu Korentin Tolisso 12 saniyə meydanda çox qalıb və oyun bu şəkildə davam edib. Yalnız hakim Kristian Dinqert baş verənləri izah etdikdən sonra Tolisso qazonu tərk edib.
Mirağa