"Liverpul" hücumçusu Məhəmməd Salahla müqavilə yeniləmək üzrədir.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, artıq 30 yaşlı misirli şərtlərlə bağlı güzəştə getməyə razılaşıb.
Daha öncə klubunun həftəlik 475 min avro maaş təklifini geri çevirdiyi deyilən Monun 3,5 illik yeni müqaviləyə imza atacağı vurğulanıb.
Salah bu mövsüm İngiltərə Premyer Liqasında 28 matça çıxıb. Məhəmməd bu qarşılaşmalarda 20 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu UEFA Çempionlar Liqasında isə 8 dəfə rəqib qapılarına yol tapıb. Ulduz futbolçunun "qırmızlar"la olan indiki müqaviləsinin müddəti 2023-cü ilin yayında bitəcək.
Nihat