"Qəbələ"nin Türkiyədə keçirəcəyi təlim-məşq toplanışı zamanı qarşılaşacağı daha bir rəqib müəyyənləşib. Fanat.az xəbər verir ki, bölgə təmsilçisi qardaş ölkədə Ukraynanın "Metallurq" (Zaporojye) klubu ilə üz-üzə gələcək.
Bu barədə "Metallurq"un baş məşqçisi Sergey Puçkov klub saytına açıqlamasında məlumat verib. Ukraynanın I divizion təmsilçisi ilə görüş iyulun 2-də baş tutacaq.
Qeyd edək ki, "Qəbələ" iyulun 7-də "Trabzonspor", 10-da "Mersin İdman Yurdu" və 13-də "Antalyaspor"la qarşılaşacaq.
İdman24.az