"Bayern Münhen"in baş məşqçisi Yulian Naqelsman Almaniya Bundesliqasının 28-ci turu çərçivəsində keçirilən matçda - "Frayburq"la oyunda (4:1) baş verən hadisəyə münasibət bildirib.
Fanat.Az ESPN US-ə istinadən xəbər verir ki, mütəxəssis eyni vaxtda meydanda münhenlilərin 12 futbolçusunun olmasının səbəbini belə izah edib:
"Əvəzləmə zamanı dördüncü hakim nömrəni səhv göstərdi. Bu üzdən Kinqsli Koman meydandan çıxmalı olduğunu anlamadı. Məncə, 12 oyunçu ilə 8-9 saniyə (əslində 16 - red.) mübarizə apardıq. Yəni o qədər də ciddi insident deyildi. Amma istənilən halda, qəribə olaydı. Azarkeşlərin bunu müzakirə etməsi tam normaldır. Kimin günahkar olduğunu bilirəm. Ancaq ad çəkməyəcəyəm. Şadam ki, qələbə qazandıq".
Xatırladaq ki, matçın 86-cı dəqiqəsində referi Kristian Dinqert oyunu saxlayıb. Rəsmi matçlarda 3 əvəzləmədən istifadə hüququ olan "Bayern"in 4-cü oyunçu dəyişikliyi etdiyi və həmin vaxt meydanda Almaniya nəhənginin 12 futbolçu ilə mübarizə apardığı üzə çıxıb.
Nihat