İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının püşkatmasının nəticələrini şərh edib. Dohada baş tutan püşkatmada İran və ABŞ-ın düşdüyü B qrupunda britaniyalılar da yer alıb.
Fanat.Az xəbər verir ki, "The Independent" mütəxəssisin dediklərini belə çatdırıb:
"Püşkatmada birinci səbətdən gələnlərin üstünlüyü odur ki, adətən böyük komandalardan qaçırsan. Ancaq çətin matçların olacağı açıq-aydındır.
Biz heç vaxt İranla oynamamışıq və bu, olduqca maraqlıdır. Elə deyilmi? ABŞ-a gəlincə ... Son vaxtlar mən Qreqq Berhalteri (ABŞ millisinin baş məşqçisi) tez-tez izləyirəm. O, ABŞ-ın oyununu təkmilləşdirib.
Rəqibimizin kimliyindən asılı olmayaraq, üçüncü görüş də çox emosional olacaq. Biz hamımız Ukraynanı mental olaraq dəstəkləyirik. Görək, onlar DÇ-yə çıxa biləcəklər ya yox. Bu, həm də Britaniya komandalarından biri ola bilər".
Qeyd edək ki, "dördlüy"ü pley-offda hər şeyi həll edən Uels, Şotlandiya və ya Ukrayna tamamlayacaq.
Emin