Yürgen Klopp "Liverpul"un Premyer Liqanı qazanmaq şansları haqda danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" 54 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Düşdüyümüz vəziyyəti həqiqətən yüksək qiymətləndirirəm. Biz İPL-dən başqa turnirlərdə də iştirak edirik. Hədəfimiz bütün yarışları qalib başa vurmaqdır. Hazırda mübarizə aparmaq üçün sağlam heyətimiz var".
Premyer Liqanın 30-cu turundan sonra Kloppun komandası turnir cədvəlinə başçılıq edən “Mançester Siti”dən 1 xal geri qalır.
Emin