“Latsio”nun baş məşqçisi Mauritsio Sarri “Sassuolo” üzərində qələbəni (2:1) şərh edib.
Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" Sarrinin dediklərini belə çatdırıb:
"Son uğursuzluqlardan sonra uşaqların mövcud reallığa münasibəti dəyişdiyinə görə şadam. "Sassuolo" yaxşı rəqibdir, son iki matçda 8 qol vurub. Onların güclü hücum xətti var. Amma biz onlara çox qol imkanı yaratmağa imkan vermədik. Məncə, daha parlaq qələbə qazana bilərdik".
Emin