14:30 03.04.2022 735

Hakimlə dalaşan baş məşqçi: "Boğazımdan yapışıb itələdi"

Dünən AFFA-nın keçirdiyi U-15 liqasında insident yaşandığını xəbər vermişdik. "Keşlə" - EFA görüşü dava düşməsi səbəbindən yarımçıq qalıb. Hadisələrin yaşandığı birinci hissənin sonunda hesab 1:0 "Keşlə"nin xeyrinə olub.

Hadisənin mərkəzində olan EFA-nın baş məşqçisi Vüsal Mustafayev Fanat.Az-a açıqlamasında insidentin təfərrüatını danışıb:

"Etirazım hakimin lehimizə verməli olduğu penalti ilə bağlı idi. Ondan qabaq da 2-3 dəfə əleyhimizə qərar vermişdi. Konkret, həmin epizodda rəqib oyunçu cərimə meydançasında bizim uşağın ayağına təmas etsə də, hakim penalti vermədi. Birinci hissəni bitirəndən sonra gəlib qarşımdan keçəndə normal şəkildə ondan: "Yoldaş hakim, orda penalti yox idi", - soruşdum. Saymazyana keçdi yanımdan. Dedim ki, axı səninləyəm. Kobud şəkildə: "Sən mənimlə ola bilməzsən. Lazımdısa, formamı çıxarım, gedək söhbətimizi edək", - dedi. Başa düşmədim, məni davaya çağırırdı, ya nə? Hakimdən elə bunu soruşdum, Çıxardıb mənə qırmızı vərəqə göstərdi. Onu söyməmişəmsə, təhqir etməmişəmsə, niyə qırmızı vərəqə verir? Adi söz soruşmağa görə sarı vermək olardı. Bundan sonra gərginlik artdı. Birinci o mənim boğazımdan yapışıb itələdi. Bunu görən valideynlər meydana girdilər. Düzdür, onu vuran olmadı. Bir az itələşmə, qarşılıqlı ağır sözlər oldu, vəssalam. Nəticədə ikinci hissə baş tutmadı, çıxıb gəldik. Oyunda çəkiliş də var idi, yəqin İntizam Komitəsi baxıb qərar verəcək. Biz qonaq komanda idik.

Sözün açığı, özüm də olanlara görə şoka düşdüm. Məni tanıyanlar bilir, sərt adam deyiləm. Həmişə çalışıram mübahisəni sülhlə yoluna qoyam. Başa düşmürəm, axı niyə heç nədən, adi bir söz soruşmağa görə mənə elə ağır cavab verdi? Ümumiyyətlə, final mərhələsində hakimləri tanımaq olmur. Bu hakim əvvəl də bizim oyunları idarə edib. Səhv etşirəmsə, ad-soyadı Əkbər Vəliyevdi".

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X