Azərbaycanın yunan-Roma güləşçisi Murat Lokyayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, 97 kq-da çıxış edən idmançı təsəlliverici qarşılaşmada yunanıstanlı Laokratis Kesidislə üz-üzə gəlib.
Rəqibini 11:1 hesabı ilə məğlub edən Lokyayev bürünc medal uğrunda qarşılaşmada avstriyalı Daniel Qastla rəqib olub.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 4 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq.