"Barselona"nın baş məşqçisi Xavi "Sevilya" ilə oyunda qələbə (1:0) qolunu vuran Pedrini tərifləyib.
Fanat.Az xəbər verir ki, o, "Marca"ya açıqlamasında gənc yarımmüdafiəçinin artıq komandasının lideri olduğunu bildirib:
“Pedri inanılmaz oyunçudur. O, möhtəşəm qol vurdu. Onun oyununu izləmək çox xoşdur, baxmayaraq ki, cəmi 19 yaşı var. Mən Pedridən daha tez-tez fərqlənməyi xahiş edirəm. Əslində, o, kəskin ötürmələri daha yaxşı yerinə yetirir. O, artıq Pike, Alba, Alves və Ter Ştegenlə birlikdə liderimizdir”.
Qeyd edək ki, Pedri bu mövsüm kataloniyalıların heyətində 18 oyuna çıxıb, 4 qol vurub və bir məhsuldar ötürmə edib.
Mirağa