"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri A Seriyasının 31-ci turunun matçında "İnter"ə 0:1 hesablı məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis "La Gazzetta dello Spor"a danışıb:
“Çoxlu şanslar yaratdıq. Xüsusilə rəqibin cərimə meydançası yaxınlığında çox yaxşı top saxladıq. Hər kəsin tənqidinə tuş gələn Rabio da bu gün yaxşı oyun keçirdi. Amma bu məğlubiyyət əsl biabırçılıqdır.
Biz artıq çempionluq yarışından çıxdıq. İndi dördüncü yeri tutmaq üçün mümkün qədər çox xal toplamalı və növbəti mövsümə maksimum dərəcədə hazırlaşmalıyıq. Bunun üçün hər cür şəraitimiz, imkanımız var. Qalan yeddi oyunun hər birində qalib gəlmək lazımdır. Çünki “Roma” bizdən cəmi beş xal geri qalır. Biz inkişaf etməliyik”.
Skudettoya iddialı kimdir? Mən həmişə “İnter”i favorit hesab etmişəm və indi onların yaxşı qrafiki var. Əgər onlar bizə uduzsaydılar, onda hər şey dəyişəcəkdi, lakin bu qələbə onlara daha çox inam verdi”.
Mirağa