Hollandiya milli komandasının baş məşqçisi Lui Van Qalda xərçəng xəstəliyi aşkarlanıb.
Fanat.Az xəbər verir ki, 70 yaşlı çalışdırıcı bunu qonağı olduğu televiziya proqramlarından birində özü açıqlayıb.
Van Qal prostat vəzi xərçənginin aqressiv formasından əziyyət çəkdiyini, bir müddətdir bədxassəli şişlə mübarizə apardığını bildirib.
Van Qal artıq 25 kimyaterapiya qəbul edib. Lakin o, xəstəliyinin futbolçulara təsir etməməsi üçün bunu daha əvvəl açıqlamaq istəməyib. Təcrübəli mütəxəssisin postundan nə vaxt gedəcəyi indilik məlum deyil.
Xatırladaq ki, millinin Norveçlə oyunundan əvvəl Van Qalın səhhətinə görə düşərgədə olmadığı açıqlanmışdı. Ancaq həmin vaxt onun velosipeddən yıxılaraq ombasını zədələdiyi üzə çıxmışdı.
Mirağa