FIFA prezidenti Canni İnfantino AFFA prezidenti Rövnəq Abdullayevə məktub göndərib.
Fanat.Az xəbər verir ki, ali futbol qurumun rəhbəri Abdullayevi 57 yaşının tamam olması münasibətilə təbrik edib:
"Dünya çempionatı ilində ümid, birlik, həmrəylik mesajı verən DÇ-2022-nin belə uğurlu, unikal hadisəyə çevrilməsində dəstəyinizə və əməkdaşlığınıfantinza görə çox minnətdaram. Sizə sevdiklərinizlə gözəl bir gün arzulayır, səmimi qəlbdən ümid edirəm ki, hamımızı birləşdirən bu gözəl oyunun inkişafı və böyüməsi üçün birlikdə işləməyə davam edəcəyik. Sizi şəxsən təbrik etmək üçün tezliklə görüşəcəyimizi səbirsizliklə gözləyirəm", - deyə isveçrəli funksioner vurğulayıb.
O, xüsusi günün şəxsi və peşəkar anlamda xoşbəxtlik, sağlamlıq və uğur gətirməsini arzulayıb.