"Tottenhem"in sabiq futbolçusu David Jinola sözügedən İngiltərə təmsilçisinin hücumçusu Harri Keyndən danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun söylədiklərini belə çatdırıb:
"Keyn komandanın yeni pleymeykeridir. Sizə Harrinin məhsuldar ötürmələr verən "10 nömrə" olduğunu əvvəl də demişdim. O, indi Maradona kimidir. Uzun və qısa ötürmələr verir, həm də qolları sıralayır. Bu, yeni Harri Keyndir!"
Bu mövsüm İngiltərə Premyer Liqasında 29 oyun keçirən Keyn 12 qol və 6 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Nihat