Rusiyalı iş adamı Roman Abramoviçə tətbiq olunan sanksiyalardan sonra çətin günlərini yaşayan "Çelsi"nin baş məşqçisi Tomas Tuxelin də başı dərddədir.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, alman mütəxəssis həyat yoldaşı ilə boşanır.
Mənbə artıq prosesin başladığını iddia edir. Tuxelin həyat yoldaşı Sissi bazar günü məhkəməyə ərizə ilə müracitə edib. 13 illik evliliyi bitirmək istəyən Sissi təcrübəli mütəxəssisin illik 8 milyon avro məbləğində maaşının bir hissəsini almağa çalışır. İddiaya görə, ixtisasca jurnalist olan və Londona gələndə Almaniyanın gündəlik "Süddeutsche Zeitung" qəzetindəki postunu tərk edən Sissi məhkəmədə haqlı tərəf olacaq. Hətta Tuxel sərvətinin yarısını həyat yoldaşına ödəyə bilər.
Mirağa