"Sevilya"nın yarımmüdafiəçisi İvan Rakitiç İspaniya La Liqasının 30-cu turunda - "Kamp Nou"da "Barselona"dan aldıqları məğlubiyyətdən sonra (0:1) etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.
Fanat.Az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, 2020-ci ildə "Barselona"dan ayrılan xorvat "Sevilya"ya keçəndən bəri ilk dəfə azarkeşlərlə dolu "Kamp Nou"da meydana çıxıb.
İsinmə hərəkətləri edən oyunçunu kataloniyalı tərəfdarlar alqışlara qonaq edib. Xoş münasibətdən riqqətə gələn Rakitiç futbolkasını və şortunu soyunaraq tərəfdarlara verib.
Qeyd edək ki, Rakitiç 2014-cü ildə "Barselona"ya "Sevilya"dan transfer olunmuşdu. İspaniya nəhənginin formasıyla çıxdığı 315 oyunda 35 qol və 42 məhsuldar ötürmə ilə yadda qalan İvan 6 ildən sonra əvvəlki klubuna qayıdıb.