“Qəbələ”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, zədədən sonra tam bərpa olunan Samet Karakoç artıq sabahdan komanda ilə məşqlərə qoşulacaq.
Digər zədəli futbolçu Fernan Lopes müalicə prosesini davam etdirir. İspaniyalı yarımmüdafiəçinin komanda ilə birgə hazırlıqlara nə vaxt başlayacağı qarşıdakı günlərdə dəqiqləşəcək. Yaovi Akakpo və Gülağa Əsədov isə proqram üzrə bərpa prosesini davam etdirir.