Azərbaycanlı məşqçi Vaqif Cavadovla millinin qapıçısı Emil Balayevin üzvü olduğu "Turan" Qazaxıstan çempionatında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Türküstan təmsilçisi səfərdə "Tobol"la qarşılaşaraq darmadağına məruz qalıb - 0:3.
Balayevin yeni klubunda debütü yenə baş tutmayıb. Qapıçının adı görüşün protokoluna belə daxil edilməyib.
Keçirdiyi 3 oyunda qol sevinci yaşamayan, bununla belə aktivində 1 xal olan "Turan" 14 komandanın iştirak etdiyi çempionatda 13-cü sıradadır.