Türkiyə 1-ci liqa təmsilçisi "Bursaspor"da bu mövsüm indiyə kimi ən çox meydana çıxan futbolçular müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov komandada ən çox meydanda olan legionerdir.
O, 1980 dəqiqə ilə mübarizə aparıb. Ələskərov həmçinin, "timsahlar"ın heyətində bu mövsüm ən çox meydana çıxan oyunçuların sırasında ilk "üçlük"dədir. Siyahıya 2365 dəqiqə ilə Burak Altıparmak başçılıq edir. Onur Atasayar 2182 dəqiqə ilə 2-cidir.