Fransanın "Nitsa" klubunun yarımmüdafiəçisi Kefren Türam İtaliya "Yuventus"unun maraq dairəsindədir.
Fanat.Az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
Turin klubu 21 yaşlı futbolçunun oyununu izləmək üçün skautlar göndərib. Kefren futbolçu karyerası ərzində "Yuventus"da çıxış etmiş məşhur fransız müdafiəçi Lilian Türamın oğludur.
Oğul-Türam 2019-cu ildən "Nitsa"da oynayır, komandaya azad agent kimi qoşulub. O, “Monako” və “Barselona”nın gənclərdən ibarət komandalarında çıxış edib.
Türam bu mövsüm Liqa 1-də 29 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin Fransa komandası ilə müqaviləsi 2025-ci ildə başa çatır. Onun bazar dəyəri "Transfermarkt" tərəfindən 14 milyon avro olaraq qiymətləndirilir.