“Spartak”, “Krasnodar” və “Lokomotiv”in keçmiş hücumçusu Ari Rusiyada yaşanan böhran və dünyadakı vəziyyətlə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, o, "RB Sport"a bu barədə açıqlama verib:
“İndi Braziliyada Rusiyaya münasibət necədir? Həyat yoldaşımla buradayıq, çoxlu dostlarımız var. Hamı danışır, müzakirə edir. Məncə, hər şeyi Amerika başladı. Rusiya prezidenti həmişə Rusiya üçün ən yaxşısını edib, ona çox hörmət edirəm.
İqtisadi böhran varmı? Var, getdikcə çətinləşir. Benzin bahadır, qiymətlər qalxır. Amma ümid edirəm ki, tezliklə hər şey bitəcək və hər şey yaxşı olacaq. İnsanların Rusiya haqqında pis danışması mənim xoşuma gəlmir. Mən həmişə yalnız müsbət şeylər görmüşəm".
2018-ci ildə Rusiya vətəndaşlığını qəbul edən braziliyalı, milliləşdirilmiş legioner kimi cəmi iki oyun keçirib.