Rusiyanın "Lokomotiv" klubu yeni baş məşqçisinn adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Moskva təmsilçisi vakant postu Zaur Xapova tapşırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 58 yaşlı mütəxəssislə imzalanan sözləşmənin detalları açıqlanmayıb.
Kapov bu vəzifədə almaniyalı Markus Gisdolu əvəzləyib. Rus mütəxəssis 2016-ci ilin yayından 2022-ci ilin yanvarında qədər "Lokomotiv"də qapıçılar üzrə məşqçi kimi işləyib.
Moskva klubu Premyer Liqada 5-ci pillədə qərarlaşıb.