3 qat dünya çempionluğu ilə bərabər 3 qat Avropa çempionu tituluna malik Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında gümüş medal qazanıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı idmançı uğurlarından bəhs edib.
O, bu barədə şəxsi "İnstagram" səhifəsində yazıb.
"Azərbaycanın güləş tarixində yeganə 3 qat dünya çempionu olmağım təsadüf deyil, bunun üçün illərimi, gəncliyimi, ömrümü vermişəm. Bu tarixi yeniləmək üçün uzun illər lazımdır. Paris-2024 Yay Olimpiya Oyunlarınadək bu rekordu özüm də dəyişə bilərəm".
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarınadək iki dünya çempionatı keçiriləcək. Builki mundial 10 - 18 sentyabrda Serbiyanın paytaxtı Belqradda, gələn il isə Rusiyanın Krasnoyarsk şəhərində təşkil olunmalıdır.