11:37 05.04.2022 680

“Qarabağ”: “Mən tək, siz hamınız” - Tura baxış

Ötən həftəsonu Azərbaycan Premyer Liqasında XXI turun oyunları keçirildi.

“Qarabağ”ın “Sumqayıt”la təxirə salınmış oyununu nəzərə almasaq, demək olar ki, ölkə çempionatında 3-cü dövrə də yekunlaşdı və komandalar həlledici mərhələyə qədəm qoydular. Amma turnir cədvəlinə baxanda sonuncu dövrənin heç də həlledici olmadığını görürük. Turun diqqətçəkən məqamlarına nəzər yetirərkən bu məqama bir daha toxunacayıq.

“Qarabağ” – “Səbail” 5:1
Qollar:
Leandro Andrade, 3; 41. Ramil Şeydayev, 53; 56. Elvin Cəfərquliyev, 86 - Nikolas Raysel, 62- pen.

“Qarabağ” böyük ölçüdə çempionluğu təmin edib. Bu fikir müəllifin təxəyyülünün məhsulu deyil. “Köhlən atlar” digər rəqiblərini açıq-aşkar üstələyir, Azərbaycan Premyer Liqasında heç rəqib də tanımır. Ehtiyatda bir oyunu olan Ağdam təmsilçisinin aktivində 49 xal var. Bu isə o deməkdir ki, “Qarabağ” ən yaxın izləyicisi “Neftçi”ni 11 xal qabaqlayır. Sürətlə autsayderə çevrilməkdə olan “Sumqayıt”la matça da potensial 3 xal gözüylə baxmaq mümkündür. Belədə, 4-cü dövrənin yeddi oyunu ərzində aradakı fərqin qapanacağı heç də inandırıcı görünmür.

“Səbail”lə oyun isə “Qarabağ” üçün yüngülvari məşq sayıldı. Fasiləyə qədər Leandro Andrade dubl etdi və oyunun nəticəsiylə bağlı suallara belə desək, vaxtından əvvəl aydınlıq gətirdi. 15 dəqiqəlik istirahətdən sonra Ramil Şeydayev Leandronun qəhrəmanlığını təkrarladı və hesabı 4:0-a çatdırdı. Nikolas Raysel penaltidən fərqlənib hesab arasındakı fərqi azaltsa da, Elvin Cəfərquliyev də adını tabloya yazdırmaqla yekun hesabı müəyyənləşdirdi.

Uzun müddətdir qələbəyə həsrət qalan “Səbail” 11 xalla sonuncu pillədə qalmağa davam edir. Rəqib qapılarına 13 dəfə yol tapan qəsəbə təmsilçisi bu nəhs rəqəmin qarşılığında öz qapısında 44 qol görüb.

“Sumqayıt” – “Sabah” 0:3
Qollar:
Aleksey İsayev, 22. Xuan Kamara, 25. Coy-Lens Mikels, 60.

Aleksey Baqanın gəlişinin “Sumqayıt”ın dərdinə dərman olmayacağı əvvəlcədən məlum idi. Bunu futboldan az-çox anlayışı olan hər kəs bilirdi. Görünür, təkcə Riad Rəfiyev bilmirmiş...

Maraqlıdır ki, “Sabah”la oyun günü Andrey Popoviçi heyətinə qatan “Sumqayıt” ukraynalı qapıçıya dərhal da “çərçivə”ni etibar etmişdi. Sağ olsun, Popoviç də bu etimadı “doğrultdu". “Milliləşdirilmiş” qapıçı köhnə-yeni komandasına dönüşünü qapısında gördüyü 3 qolla “yudu”.

Hərgah ki, Baqa oyundan sonrakı mətbuat konfransında qapılarına vurulan qolları fantastik zərbə adlandırıb, onların dəf edilməsini mümkünsüz hesab edib. Hər halda, “kimyaçılar”ın problemi yalnız qapı xətti ilə bağlı deyil. Bunu Baqa da bilir. Xatırladaq ki, “Sumqayıt” mövsüm ərzində cəmi 12 dəfə rəqib qapılarına yol tapıb. Bu göstəriciyə görə “Gənclik şəhəri”nin təmsilçisi “Səbail”dən də geri qalır. Qol vura bilməyən komandanın qələbə qazanması isə lotoreya almayan adamın maşın udmaq sevdası kimi bir şeydi.

“Sabah” isə yenidən özünə gəlir. Bu tur özündən irəlidəki üç komandanın xal itirməsi də “Sabah” üçün təsəlli sayılmalıdır. 29 xallı Masazır təmsilçisi turnir cədvəlinin beşincisidir. 7-ci sıradakı “Sumqayıt”ın isə cəmi 14 xalı var.

“Qəbələ” – “Keşlə” 1:1
Qollar:
Omar Hani, 47 - Merab Qiqauri, 32
Qırmızı vərəqələr: Tərlan Quliyev, 51, Kamal Bayramov, 65 (hər ikisi “Keşlə”)

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Keşlə” ilə oyundan sonra Peşəkar Futbol Liqasından şikayətlənib. Gənc çalışdırıcını oyunun erkən saata salınması, futbolçuların isti havada oynaması narazı salıb. Amma unutmaq lazım deyil ki, Bakıdan gələn qonaqlar da eyni hava şərtlərində mübarizə aparıblar. Düzdür, isti hava futbolçular üçün əlavə çətinlikdir. Amma bu çətinlik belə, “Qəbələ”nin 9 nəfər qalan rəqibinə qalib gələ bilməməsinə haqq qazandıra bilməz.

Mövsüm ərzində hər kəsin təriflədiyi “qırmızı-qaralar” “Neftçi”yə 0:4 hesabıyla uduzandan sonra əhval-ruhiyyəni yüksəldə bilərdi. Bunun üçünsə “Keşlə”ni məğlub etmək lazım idi. Bölgə təmsilçisi bu görüşdə qələbə qazansaydı, “Zirə”yə də çatacaqdı. Di gəl ki, azlıqda qalan “Keşlə” sona qədər müqavimət göstərdi və səfərdən 1 xalla qayıtmağı bacardı.

Xalını 20-yə çatdıran “Keşlə” artıq “Sumqayıt”ı 6 xal qabaqlayır və altıncı sırada özünü xeyli rahat hiss edir. 34 xallı “Qəbələ” isə 4-cü sıradadır.

“Neftçi” – “Zirə" 1:1
Qollar:
 
Tiaqo Bezerra, 90+5 Ahmet Ayzaya, 89- pen.
Qırmızı vərəqələr: Coşqun Diniyev, 59; Ağabala Ramazanov, 90 ( hər ikisi Zirə). Eddi İsrafilov, 79 (Neftçi)

Qırmızı vərəqələrin havada uçuşduğu oyunda qalib müəyyənləşmədi. Tərəflər hərəyə bir qol vurub bir xalla kifayətləndilər ki, bu da daha çox “Neftçi”nin işinə yaradı. Oyundan sonra nəticədən daha çox baş hakim İnqilab Məmmədovun qərarlarının müzakirə edilməsi, referinin son saniyələrdə təyin etdiyi penaltinin şübhəylə qarşılanması da gözlənilən idi. Hər halda, Mehdi Cənnətov topsuz rəqibinə müdaxilə etmişdi. Topun oyunda olması referinin qərarına həlledici təsir göstərdi. Təsadüfi deyil ki, Fanat.Az-a açıqlamasında Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov da hakimin qərarının haqlı olduğunu bildirib.

“Sülh”lə bitən qarşılaşmanın daha bir maraqlı məqamı mətbuat konfransında Samir Abasovun səsləndirdiyi fikirlərdir. “Neftçi”nin baş məşqçisi meydanda təkcə “Zirə”nin olduğunu, rəqibdən açıq-aşkar geri qaldıqlarını etiraf edib. Deməli, “Neftçi”nin oyunundakı geriləməni və problemləri çalışdırıcı özü də görür. Belə oyunla ikinci pilləni qorumaq xeyli çətin olacaq. İndilik isə 38 xala malik “Neftçi” “Qarabağ”ın ən yaxın izləyicisidir. “Zirə” isə 36 xalla üçüncü pillədə qərarlaşıb.

Görünən odur ki, qarşıdakı turlarda bu komandaları, eləcə də “Qəbələ”nin gümüş və bürünc medallar uğrunda gərgin mübarizə gözləyir. Bizə qalan bu mübarizəni izləməkdir.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 İyun 2025
23:42

"Difai"nin yeni baş məşqçisi müəyyənləşdi

23:15

"Liverpul"un futbolçusu Çempionşip klubu ilə 3 illik müqavilə bağladı - RƏSMİ

22:41

"Sabah" - "Sele" oyununun biletləri satışda!

22:20

"Real"ın ulduzu irqçi təzyiqə məruz qaldı - FİFA araşdırmaya başladı

21:50

"Şamaxı"nın daha bir rəqibi bilindi

21:11

II Liqanın debütantı bütün komandanı dəyişdi

20:46

Azərbaycan boksçuları Batumiyə bu heyətlə yollanacaqlar

20:17

Bakıdakı turnir UFC tarixinin ən uzun sürən yarışlarından biri oldu

19:54

Rusiya çempionu 28 yaşlı braziliyalını alır - MƏBLƏĞ

19:13

Simeone "Atletiko"nun qrupdan çıxmaq şansını dəyərləndirdi

18:53

"İdeal olmasa da, yaxşı qələbədir" - Cud Bellingem

18:21

"Rəqib yaxşı müdafiə olunur, bizə çox az boş ərazi verirdi" - "Əl-Hilal"ın qapıçısı

17:57

Birinci Liqa klubunun İdarə Heyəti yaradıldı

17:38

"Bilirik ki, bu oyunda qələbə qazanmasaq..." - Luis Enrike

17:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:05

"Fantastik matçlar keçirmişik, amma..."

16:46

Hələ NBA tarixində "Oklahoma" kimisi olmamışdı

16:28

Balotelli "Cenoa"nı bu kluba dəyişir

16:09

"Bayern Münhen" "Arsenal"ın forvardına elçi düşdü

15:50

Azərbaycan idmançıları MMA üzrə dünya çempionatında 3 "qızıl" qazandılar

15:31

"Benfika"nın yetirməsi "Turan Tovuz"da!

15:17

"Azərreyl" legioneri ilə yeni müqavilə bağladı

14:58

Ötən mövsüm "Əl-Nəsr"də oynamış futbolçu "Kəpəz"lə danışıq aparır - AÇIQLAMA

14:40

Randal Kolo Muani İngiltərə yolunda - Danışıqlar başladı

14:23

"Alonso bir qədər geridən oynamağımı istəmişdi" - Arda vurduğu qolu şərh etdi

13:50

"Atletiko"nun forvardı "Botafoqo" ilə matçdan öncə ehtiyatlı danışdı

13:32

İslandiyalı yarımmüdafiəçi İtaliya yolunda

13:14

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

12:54

"Sabah" milli üzvü ilə müqavilə yenilədi - RƏSMİ

12:38

"Kopenhagen"in vingeri İspaniya nəhənginə bu qiymətə keçir

12:20

Arda Gülər Vinisiusun rekordunu yenilədi

12:01

"Liverpul" mərkəz müdafiəçisini Almaniya klubuna satır - MƏBLƏĞ

11:41

Ernandes fikrini dəyişdi, "Milan" istədiyini aldı

11:23

Ronaldunun "Əl-Nəsr"də qalıb-qalmayacağına aydınlıq gəldi - SON DURUM

11:04

"Qalatasaray"dan ayrılan belçikalı karyerasını bitirdi

10:45

"Sabah" Avstriyada ilk məşqinə çıxdı - FOTOLAR

10:21

Klublararası dünya çempionatında 3-cü tur başlayır

10:02

"Heç bir komanda dünyanın ən yaxşı oyunçusunu əvəz edə bilməz" - Qvardiola Rodrinin dönüşünə sevinir

09:22

Cüdoçularımız Avropa Kubokundan 9 medalla dönürlər

09:00

Klublararası dünya çempionatı: "Mançester Siti" 1/8-ə darmadağınla yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X