26 yaşlı futbolçu Elgün Nəbiyev karyerasını Polşada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, 2-ci liqa təmsilçisi "Limanoviya" onun xidmətində maraqlıdır.
Son klubu "Səbail" olan cinah yarımmüdafiəçisi Premyer Liqada "Sabah", "Sumqayıt" və "Zirə" klublarının da şərəfini qoruyub.
Keçidi baş tutarsa, Elgün Polşa liqalarında hazırda çıxış edən 5-ci futbolçumuz olacaq. Bundan əvvəl Ekstraklassada top qovan Anton Krivotsyuk, 22 yaşlı qapıçı Şahin Zəkiyev, 21 yaşlı yarımmüdafiəçi Riad Abbaszadə və 23 yaşlı Nazim Bağırov sözügedən ölkəyə üz tutub.
Mirağa