"Roma"nın futbolçusu Temmi Abraham Joze Mourinyunun rəhbərliyi altında çalışmasından danışıb.
Fanat.Az xəbər verir ki, "Calciomercato" 24 yaşlı ingiltərəli futbolçunun dediklərini belə çatdırıb:
“Onu dünyanın ən yaxşı məşqçisi adlandırmağımın bir səbəbi var. O, səni necə idarə edəcəyini, necə incidəcəyini bilir.
Don Joze məni məşqlərdə əlimdən gələni etməyə sövq edir. Kifayət qədər iş gördüyümü hiss edəndə o, mənə daha çox etməli olduğumu deyir. Yeniyetmə vaxtı bəzən əsas komandanın məşqlərinə qatılırdım. Yaxşı yadımdadır, Mourinyu həmişə mənə qarşı sərt davranırdı. Məni daha yaxşı olmağa sövq edirdi. Bu, mənə lazım olan hər şey idi".
Emin