"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 final mərhələsinin "Çelsi" ilə ilk oyunu üçün bu gün komanda ilə Londona uçmayacaq.
Fanat.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis martın sonunda koronavirusa yoluxub. Kral klubunun Londona yola düşməsi ərəfəsində Ançelottinin kovid testi yenidən müsbət nəticələnib.
Xatırladaq ki, Ançelotti “Real Madrid”in İspaniya çempionatında “Selta” ilə son matçını (2:1) koronavirusa görə buraxmışdı.
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu "Çelsi" - "Real" aprelin 6-da Londondakı (İngiltərə) "Stemford Bric" stadionunda keçiriləcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Emin