İtaliyanın "Milan" klubu "Lill"in müdafiəçisi Sven Botmanı heyətinə qatmağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Mənbə niderlandlı futbolçunun İtaliya nəhənginin təklifini qəbul etdiyini və mövsümün sonunda A Seriyası təmsilçisinə qoşulacağını vurğulayıb. "Qırmızı-qaralar"ın bu transferə görə qarşı tərəfə təxminən 40 milyon avro ödəyəcəyi bildirilib.
Daha öncə "Milan"ın 22 yaşlı Botmanı bu qış transfer etmək istədiyi, lakin "Lill"in təklifi geri çevirdiyi barədə informasiyalar yayılmışdı.
Nihat