Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” Almaniya 2-ci Bundesliqasında 26-cı turdan təxirə salınmış oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, Aue təmsilçisi səfərdə “Hamburq”la qarşılaşıb və meydandan məğlubiyyətlə ayrılıb – 0:4.
Görüşə start heyətdə çıxan Nazarov sonadək mübarizə aparıb.
Qeyd edək ki, 28 turdan sonra 19 xalı olan “Ersgebirge” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.