19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, milli bu gün Şimali İrlandiyada ilk oyununu keçirəcək.
U-19 Bakı vaxtı ilə saat 17:00-da başlayacaq görüşdə Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Farer adaları – Azərbaycan
6 aprel. İnver Park. Larne. Saat 17:00
Hakimlər: Triinu Laos (Estoniya), Anni Koppel (Estoniya), Viktoriya Finlay (Şimali İrlandiya), Ben Mcmaster (Şimali İrlandiya)