“Barselona”nın hücumçusu Memfis Depay zədələnib.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 28 yaşlı niderlandlı hücumçunun diz əzələsi əzilib.
Depayın sıraya nə vaxt dönəcəyi ilə bağlı məlumat yoxdur. Onun adı Avropa Liqasında “Ayntraxt”la (Frankfurt) keçiriləcək oyunun iştirak ərizəsinə salınmayıb.
“Ayntraxt” – “Barselona” qarşılaşması sabah, saat 23.00-da başlayacaq.
Nihat