Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Turan" klubunda baş məşqçi istefası reallaşıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Vladimir Qazzayev klubu tərk edib.
Qazaxıstan çempionatının dörd turundan sonra postunu təhvil verən mütəxəssis istefasını ailə şəraiti ilə əlaqələndirib və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Baş məşqçi vəzifəsini Kuanış Kabdulov yerinə yetirəcək. Kabdulov Qazzayevin köməkçisi olub.
"Turan"ın məşqçilər korpusunda azərbaycanlı məşqçi Vaqif Cavadov da yer alır.
Üç oyundan sonra Qazzayevin rəhbərliyi altında "Turan" 1 xal toplayıb və turnir cədvəlində 13-cü yerdə qərarlaşıb.
Mirağa