Ukraynalı futbolçular Mikita Turbayevski və İliya Hulko karyeralarını Xorvatiyanın “Lokomotiva” klubunda davam etdirəcəklər.
Fanat.Az xəbər verir ki, məlumatı Zaqreb klubunun rəsmi saytı təsdiqləyib.
Hər iki futbolçu Donetsk “Şaxtyor”unun yetirməsidir və bu mövsüm onlar Ukraynanın digər təmsilçisi “Mariupol”a icarəyə göndəriliblər.
Mövsümün ilk yarısının sonunda 20 yaşlı Turbayevski start onbirlikdə qapıçı mövqeyi uğrunda mübarizə aparıb. 19 yaşlı Hulko isə “Mariupol”a bu qış gəldiyi üçün Ukraynadakı müharibə səbəbindən rəsmi oyunda oynamaq imkanı qazanmayıb. O, “Mariupol”da yalnız yoldaşlıq görüşlərində çıxış edib