İngiltərənin "Mançester Yunayted" klubu uruqvaylı hücumçu Darvin Nunesi heyətinə qatmaq istəyir.
Fanat.Az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" mərkəz hücumçusuna Edinson Kavani və Kriştianu Ronaldunun xələfi gözü ilə baxır.
"Benfika"nın 22 yaşlı forvardı bu il əla formadadır. O, bütün yarışlarda 26 qol vurub və iki məhsuldar ötürmə edib. İngiltərə klubunun uruqvaylı üçün 70 milyon avro ödəməyə hazır olduğu bildirilir. Gənc hücumçunu çoxsaylı klubların izlədiyi də vurğulanıb.