"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu sabiq komanda yoldaşı Ueyn Runinin tənqidlərinə reaksiya verib.
Fanat.Az-ın məlumatına görə, portuqaliyalı forvard hazırda Çempionşip təmsilçisi "Derbi Kaunti"nin baş məşqçisi olan Ueynin sosial şəbəkədə paylaşdığı fotoya şərh yazıb.
O, Britaniya telekanlların birində futbol eksperti qismində fəaliyyət göstərən Ceymi Karragerlə Runinin şəklinin altında tənqidçilərə olan münasibətini göstərib:
"İki paxıl".
Xatırladaq ki, bir müddət öncə Runi "Mançester Yunayted"in Ronaldunu heyətə qatmaqla istəyinə çatmadığını, ondan və Pol Poqbadan qurtulmalı olduğunu deyib.
Nihat