Rusiya Premyer Liqasının (RPL) prezidenti Aşot Xaçaturyants "Ural" klubunun prezidenti Qriqori İvanovun açıqlamalarına cavab verib və vurğulayıb ki, VAR sistemi ləğv ediləcəyi halda, Rusiya futbolunda hakim səhvlərinin sayı xeyli artacaq.
Fanat.Az xəbər verir ki, "Sports.ua" saytı liqa prezidentinin dediklərini belə çatdırıb:
"İvanovun VAR ilə bağlı sözləri ağılsızlıqdır. Hansı halda olmalısan ki, bu sözləri deyəsən? Müzakirə mövzusu futbol deyil, hakimlikdirsə, deməli, futbolumuzun böyük problemləri var. VAR-ın ləğvi geriyə doğru addım olar".
Xatırladaq ki, daha əvvəl "Ural" klubunun prezidenti RPL-i VAR sisteminin ləğvinə çağırıb.
Emin