"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola müqaviləsinin müddəti başa çatana qədər (2023-cü ilin yayınadək) iş yerini dəyişmək niyyətində deyil.
Fanat.Az xəbər verir ki, "TNT Sports Brazil" Braziliya Futbol Federasiyasının bu mütəxəssislə əlaqə saxlamadığını və Pepin ümumiyyətlə, beşqat dünya çempionlarını çalışdırmaq niyyətində olmadığını vurğulayıb.
Daha öncə İspaniyanın "Marca" nəşri Quardiolanın Qətərdə keçiriləcək dünya çempionatından sonra Braziliya millisinin baş məşqçisi ola biləcəyi barədə informasiya yaymışdı. Sözügedən federasiyanın 52 yaşlı məşqçi ilə əlaqə saxladığı və ona müddəti 2026-cı ilədək nəzərdə tutulan müqavilə təklif etdiyi bildirilmişdi. Hətta Pepin bu yığmanın "sükanı arxası"na keçəcəyi halda, illik 12 milyon avro maaş alacağı da açıqlanmışdı.
Qeyd edək ki, hazırda Braziliya millisinə Tite başçılıq edir.
Nihat