"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola Braziliya millisini çalışdıracağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun söylədiklərini "TNT Sports" belə çatdırıb:
"Braziliyanın milli komandasına rəhbərlik edə biləcək çox yaxşı yerli məşqçiləri var. Müzakirənin sonu..."
Beləliklə, Quardiola braziliyalıların təklifinə isti yanaşmadığını büruzə verib.
PEP NA SELEÇÃO? 🤨 Em exclusiva ao nosso @fredcaldeira, o técnico do Manchester City deu essa resposta. Gostaria do nome dele após a saída do Tite? #SeleçãoBrasileira pic.twitter.com/FyC2Kj40JV
— TNT Sports Brasil (@TNTSportsBR) April 7, 2022
Qeyd edək ki, "Marca" nəşri "Mançester Siti"nin baş məşqçisinin illik 12 milyon avro əməkhaqqı qarşılığında "sambaçılar"ı çalışdıracağını və onunla dörd illik müqavilə imzalanacağını iddia edib.
Mirağa