Keçmiş dünya çempionu Evander Holifild Rusiyanın hücumundan müdafiə olunan Ukraynanı dəstəklədiyini bildirib.
Fanat.Az xəbər verir ki, 59 yaşlı veteran boksçu "Instagram" səhifəsində həmkarları Vitali və Vladimir Kliçko qardaşlarına sülh arzulayıb:
“Boksdakı qardaşlarım üçün! Vladimir və Vitali Kliçko, onların ailələri və bütün Ukrayna xalqına sülh arzu edirəm. Bunun üçün dua edirəm. Qoy bu fırtına tezliklə keçsin və İsanın adı ilə hamıya sülh, sevgi və xoşbəxtlik qayıtsın”.
Emin