Ötən gecə İtaliyada futbolda nadir rast gəlinən qol vurulub.
Fanat.Az xəbər verir ki, C Seriyasında çıxış edən "Modena"nın qapıçısı Rikkardo Qanyo komandasına vacib qələbə qazandıran qola imza atıb.
24 yaşlı italiyalı qolkiper "İmolese" ilə matça əlavə olunmuş ilk dəqiqədə topu öz cərimə meydançasının həndəvərindən birbaşa rəqib qapısına göndərərək komandasının üstünlüyünü təmin edib.
IL #MODENA VINCE CON IL GOL DEL PORTIERE 🤯
— Eleven Sports Italia (@ElevenSportsIT) April 9, 2022
Incredibile quanto accaduto a Modena: la capolista del #GironeB batte l’@ImoleseCalcio nel recupero con il gol di #Gagno, che scavalca #Rossi rinviando direttamente dalla propria area di rigore ⚽️ pic.twitter.com/iNZycPjVUm
Bu qol sayəsində "Modena" çempionatın sonuna iki tur qalmış ən yaxın izləyicisindən 4 xal aralanıb və B seriyasına vəsiqəni böyük ölçüdə həll edib.
Mirağa