Varşava "Legiya"sının daha çox xuliqan hərəkətləri ilə tanınan ultrasları növbəti dəfə dünyanın diqqətini çəkən görüntü nümayiş etdiriblər.
Fanat.Az xəbər verir ki, bu dəfə onlar "Lex Poznan"la matçda yerləşdirdikləri xoreoqrafiya ilə gündəmə gəliblər.
Varşavalı fanatlar Rusiya prezidenti Vladimir Putini Moskva “Spartak”ının formasında və boynunda ilgəklə, sanki tribunadan asılmış kimi əks etdiriblər.
"Lex" tərəfdarları rəqibin nümayiş etdirdiyi xoreoqrafiyanı alqışlayıb, Putinin ünvanına təhqiramiz mahnılar oxuyublar.
Transparent kibiców Legii. Władimir Putin z herbem Spartaka Moskwa. Część kibiców Lecha biła brawo #LPOLEG pic.twitter.com/ZUYVTdhJdf
— Dawid Szymczak (@davidszymczak) April 9, 2022
Qeyd edək ki, bu mövsümün ilk yarısını "Legiya"da keçirən Azərbaycan millisinin hücumçusu Mahir Emreli məhz azarkeşlərlə münaqişə səbəbindən Varşava klubundan ayrılıb.
Mirağa