Azərbaycanlı qapıçı Şahin Zəkiyevin çıxış etdiyi Polşanın "Sokol Slopnitse" komandası növbəti çempionat oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, 4-cü liqada çıxış edən "Sokol Slopnitse" 23-cü tur çərçivəsində "Jarmuta"nı qəbul edib.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə nəticələnib - 6:2.
Şahin start heyətində yer alıb.
"Sokol" növbəti oyununu aprelin 16-da səfərdı "Boxnia"ya qarşı keçirəcək.
Zəkiyevin komandası 23 turdan sonra 19 xalla 18 komanda arasında 13-cü yerdədir.
Mirağa