Cüt fiqurlu konkisürmə üzrə üçqat Olimpiya çempionu, Rusiya Dövlət Dumasının deputatı İrina Rodnina FİFA-nın ölkəsinin futboluna qoyduğu sanksiyalara etirazını bildirib.
Fanat.Az xəbər verir ki, "Gazeta.Ru" 72 yaşlı sabiq idmançının dediklərini belə çatdırıb:
"Siyasətdə baş verən münaqişənin futbola nə dəxli var? Bizim futbolu niyə bu günə qoyurlar? Rusiya FİFA tarixində ən maraqlı DÇ keçirənlərdən biridir. Bütün dünya turistləri (DÇ-2018 ərəfəsində) Rusiyada özlərini əla hiss edirdi. Heç kəsə sirr deyil ki, futbolumuza olan bu münasibət bizi geri çəkir!"
Emin